Ukraynanın daxili işlər naziri Arsen Avakov avqustun 31-də Ali Radanın qarşısında baş verən partlayışda Milli Qvardiyanın 1 əməkdaşının öldüyünü bildirir. O həmçinin 4 hərbçinin ağır yaralandığını deyir. Bunadan başqa aksiyaçılarla toqquşmada 90-dan çox hərbçi xəsarət alıb.
BBC-nin müxbiri 3 partlayış səsi eşitdiyini xəbər verir.
Kiyev polisinin məlumatına görə, qumbaranı atmaqda şübhəli bilinən 1 nəfər həbs edilib.
Həmçinin polis 30-a yaxın aksiyaçının saxlandığını bildirir.
Aksiyaçılar hakimiyyətin mərkəzsizləşdirilməsi ilə bağlı parlamentdə qəbul edilən düzəlişlərə etiraz edirlər.
Qanun layihəsində ölkənin şərqindəki separatçıların nəzarətində olan regionallara yerli özünüidarə səlahiyyəti verilməsi və bunun xüsusi qanunla tənzimlənməsi nəzərdə tutulur.
***
Ukrayna Ali Radasının qarşısında partlayış baş verib. Ali Rada yaxınlığında Milli Qvardiyanın əsgərlərinin olduğu əraziyə qumbara atılıb. Partlayış nəticəsində 30 əsgər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Onlar ayaq, qol, göz və baş nahiyələrindən yaralanıblar. Milislərdən birinin ayağı dizindən qopub.
Hazırda Ukrayna parlamenti qarşısında etiraz aksiyaları davam etdirilir.