Bərdə rayonunun Cəyirli kəndində 20 yaşlı oğlanı elektrik cərəyanı vurub. “Report”un xəbərinə görə, toy mağarını sökən zaman mağarın dəmirləri həyətdən keçən yüksək gərginlikli elektrik xətlərinə dəyib. Nəticədə rayonun Alaçadırlı kənd sakini, 20 yaşlı Lazerenko Maksim Aleksandr oğlunu elektrik cərəyanı vurub.
M.Lazerenko əvvəlcə Bərdə Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, Maksim Lazerenko xeyir-şər mağarlarının qurulması işində calışır. O, ailənin yeganə övladıdır.