Bakının Nəsimi rayonunda intihara cəhd olub.
Virtualaz.org saytı xəbər verir ki, 1966-cı il təvəllüdlü Zivər İslam qızı İsmayılova üstünə benzin tökərək özünü yandırmağa cəhd edib. Hadisə dünən saat 15:35-də Cəlil Məmmədquluzadə küçəsində baş verib.
Nəsimi Rayon Polis İdarəsindən verilən məlumata görə, intihar cəhdinin qarşısı yaxınlıqdakı adamların
müdaxiləsi ilə alınıb. Onlar qadının özünü yandırıb öldürməsinə imkan verməyiblər.
Polis intihara cəhd faktı üzrə təhqiqatlara başlayıb.