Masallıda intihar hadisəsi baş verib. 27 yaşlı Dəmirçilər kənd sakini özünü asıb.
Masallı rayon Prokurorluğundan ans press-ə verilən məlumata görə, rayonun Dəmirçilər kənd sakini 1988-ci il təvəllüdlü Aqil Asif oğlu Abbasov yaşadığı evin tavanından özünü asaraq öldürüb. Onun meyiti ailə üzvləri tərəfindən asılı vəziyyətdə aşkarlanıb. Dərhala hadisə yerinə polis və prokurorluq əməkdaşlarıcəlb edilib. Hadisənin hansı səbəblərdən baş verdiyi araşdırılır.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.