“Bakı metropoliteni” QSC vahid kart sisteminə keçidin tarixini açıqlayıb. Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat yayıb.
Onun sözlərinə görə, avqustun 6-da vahid kart sisteminə keçidin təqdimatı olacaq. Təqdimat mərasimi “28 May” metrostansiyasının ikinci çıxışında keçiriləcək.