Rusiyanın Ryazan vilayətində Mi-28N tipli hərbi helikopter qəzaya uğrayıb. "Dubroviçi" hərbi poliqonunun səmasında alçaqdan və hündürdən dövrə vuran helikopter yüksək pilotaj nümayiş etdirərkən gözlənilmədən düşməyə başlayıb. Pilotlar katapult mexanizmindən istifadə edərək xilas olublar. Yanğın qısa müddətdə söndürülüb.
Hazırda baş vermiş hadisə ilə bağlı araşdırmalar aparılır. (Report)