Bakıda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin saytının istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan mağazanın dam örtüyü 10 kv.m sahədə, ərazidə 2 ha quru ot və şam ağacları qismən yanıb.
Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.