İrəvanın mərkəzində "Qalx, Ermənistan" vətəndaş hərəkatı elektrik enerjisinin qiymətinin qaldırılmasına qarşı aparılan mübarizəni davam etməkdədir.
İyulun 29-da yüzlərlə etirazçı İrəvanın mərkəzində yerləşən Azadlıq meydanına çıxıblar. Bir müddət davam edən qarşıqlıqdan sonra polis aksiyaçıları meydandan qovmağa nail olub.
Daha sonra, etirazçılar Nalbandyan və Sarkisyan küçələrinin kəsişmələrində, yolun ortasında oturmağa qərar veriblər. Buradan isə polis əməkdaşları etirazçıları əllərində səkiyə aparıblar.
"Qalx, Ermənistan" hərəkatı avqustun 1-dək elektrik enerjisi tarifləri barədə qərarın ləğv edilməsini tələb edir. Onlar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə etiraz aksiyalarını davam etdirmək, əsas magistral yolları bağlamaq niyyətindədirlər.
Polis "Qalx, Ermənistan" vətəndaş hərəkatının koordinatoru David Sanasaryanı döyüb. Sanasaryan təcili tibbi yardım tərəfindən xəstəxanaya çatdırılıb. Sanasaryan polisin ona qarşı güc tətbiq etməsinə şikayətlənərək, ona başından zərbə endirildiyini qeyd edib. Aksiyaçılar etirazlarını davam etdirəcəyini bildirərək dağılışıb (ans press).