Ruslan İzzətli: “Azərbaycan hakimiyyətindən tələb edirik ki, ictimai-siyasi fəallara, o cümlədən jurnalistlərə qarşı "qohumlarını girov götürmə" əməliyyatını dayandırsın”.
D18 Hərəkatının başqanı Ruslan İzzətli hakimiyyətin azad mətbuata və jurnalistlərə qarşı repressiya siyasətin pisləyən açıqlama yayıb.
Hərəkatın başqanının açıqlamasında bildirilir:
“ D18 Hərəkatı olaraq, "Azadlıq" qəzetinin baş redaktoru və "Azərbaycan saatı" proqramının rəhbəri Qənimət Zahid və "Meydan" televziyasının rəhbəri Emin Millinin ailəsinə və yaxınlarına qarşı aparılan repressiya siyasətin pisləyirik. Bu addım bir daha göstərir ki, Azərbaycan hakimiyyəti azad medianın inkişafında maraqlı deyil, əksinə onu susdurmaq üçün bütün vasitələrə əl atır. Bu addımlar demokratik dünyadan təcrid olan hakimiyyətin durumun daha da ağırlaşdıracaq.
D18 Hərəkatı olaraq, Azərbaycan hakimiyyətindən tələb edirik ki, ictimai-siyasi fəallara, o cümlədən jurnalistlərə qarşı "qohumlarını girov götürmə" əməliyyatını dayandırsın. Azərbaycan Respublikasının Konustitusiyasına və beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə, həmçinin beynəlxalq konvensiyalara əməl etsin. Çünki belə bir siyasət Azərbycanla demokratik dünya arasında böyük uçurum yaradır".