NATO-nun hava polisinin qırıcı təyyarələri Latviyanın hava sərhədlərinin yaxınlığında 12 rus təyyarəsini yaxalayıb. Bu məlumatı Latviya Milli Silahlı Qüvvələri öz Twitter səhifəsindən paylaşıb.
“Hava polisinin qırıcıları bu gün – iyulun 29-da Baltik dənizi üzərində, Latviya sərhədlərinin yaxınlığında Rusiya Silahlı Qüvvələrinin 3 təyyarəsini, bir “İL-76”, 4 “MiQ-31” və 4 “Su-24” təyyarəsini yaxalayıb” – deyə məlumatda bildirilir.
Qeyd olunur ki, Baltikyanı ölkələrdən heç birinin hava məkanı pozulmayıb.
Bundan əvvəl isə Latviya Silahlı Qüvvələri Rusiyanın 3 hərbi təyyarəsini yaxalaması barədə informasiya yaymışdı. (Virtualaz.org)