“Neftçi”də kütləvi zəhərlənmə baş verib. Xoşagəlməz hadisə klubun bazasında baş verib. Əvvəllər bazanın işçiləri üçün yeməkləri təcrübəli aşpazlar hazırlayırdı.
Onların hazırladıqları yeməklərdən həm komanda üzvləri, həm də bazanın işçiləri qidalanırdı. Lakin Elnur Məmmədovun “Neftçi”yə gəlişindən sonra xüsusi personal işindən ayrılmalı olub.
O, mətbəxdə baş aşpaz da daxil olmaqla, bütün heyəti işdən kənarlaşdırıb. Səbəb kimi isə bildirilib ki, bundan sonra bazaya yeməklər kənardan sifarişlə gətiriləcək.
Bu da yekunda zəhərlənməyə gətirib çıxarıb. Keyfiyyətsiz qidalardan 20 işçi zəhərlənib. Ən pis durumda olan isə Elnur Məmmədovun köməkçisi Elnur Nağdəliyevdi. (Futbolxeber.az)