Suriyada vuruşmaqda ittiham olunan növbəti qrupa hökm pxunub.
İyulun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Sənan Baxışov, Ruslan Cəfərov, Əhməd Həsənov, Maarif Mərdanovu 15 il, Eldost Quliyev və Məmmədşah Məmmədəliyev isə 14 il azadlıqdan məhrum ediblər.
Onlar qanunsuz silah saxlama, xaricdəki qanunsuz silahlı birləşmələrin tərkibində iştirak və terrorçuluqdatəqsirli biliniblər.
İstintaqın məlumatına görə, onlar “Ən-Nüsrə” qruplaşmasının tərkibində döyüşüblər.
Təqsirləndirilən şəxslər prosesdə ifadə verməkdən imtina ediblər.