Yunanıstan böhranı Rusiya iqtisadiyyatına dolayı yolla təsir göstərə bilər, çərşənbə axşamı Rusiyanın iqtisadi inkişaf naziri bildirib. Aleksey Ulyukayevin sözlərinə görə, böhran öz təzahürünü rublun zəifləməsində tapa bilər.
"Bilavasitə heç bir təsir göstərməyəcək, çünki ticarət və investisiya həcmləri o dərəcədə cüzidir ki, birbaşa təsir ola bilməz”.
Lakin Rusiya rəsmisi deyib ki, böhranın təsiri neft qiymətləri vasitəsilə hiss oluna bilər.
"Bizim əsas ixrac malımızla əməliyyatlar sözsüz ki, valyuta kursuna təsir göstərir”, – deyən nazir neftin ucuzlaşmasının rublun məzənnəsinə təzyiq göstərəcəyini deyib.
Bununla yanaşı cənab Ulyukayev deyib ki, böhran nəticəsində pul kütləsi inkişaf edən bazarları tərk edə bilər.
Hərçənd ki, o bu prosesin qısa müddətli olacağını hesab edir.