Bakıda intihar hadisəsi baş verib. Sabunçu Rayon Polis İdarəsinin 14-cü bölməsindən APA-ya verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1971-ci il təvəllüdlü İlyas Aftandil oğlu Quliyev yaşadığı evdə özünü bıçaqlayaraq intihar edib.