Azərbaycan vətəndaşı İranda özünü asıb. Bu barədə xəbəri “Facebook” istifadəçisi Arslan Əzimoğlu öz səhifəsində paylaşıb. O, yazıb ki, bu gün səhər işə gedərkən avtobusda bir nəfərin özünü asdığını eşidib: ”Söhbət Təbrizin İmam Xiyabanında olan “Cəhhənamə” otelində bir nəfərin özünü qaldığı otağın pəncərəsindən asmağından gedirdi. Maraqlanmaq üçün avtobus həmin yerə çatanda düşdüm. Camaat, polis ora toplaşmişdı. Cəsədi endirməyə çalışırdılar. Yaxınlıqdakı mağazalarda işləyənlərin sözünə görə özünü atan şəxs Azərbaycan vətəndaşıdır, bakılıdır”.
Arslan Əzimoğlu hadisə yerindən foto da paylaşıb.