İlham Əliyev və Serj Sərkisyan bu ilin sentyabrında ABŞ-da görüşəcəkləri gözlənilir.
Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün vaxtı və yeri açıqlanıb. İlham Əliyev və Serj Sərkisyan bu ilin sentyabrında ABŞ-da görüşəcəkləri gözlənilir. Görüşün BMT Baş Assambleyasının Nyu-Yorkda növbəti iclası çərçivəsində baş tutacağı gözlənilir və bununla da bu, iki ölkə prezidentinin son illərdə sayca dördüncü görüşü olacaq. Elə bu məqsədlə də ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfəri gözlənilir. Onlar Azərbaycanın və Ermənistanın dövlət başçılarının görüşünün təşkili məsələsini müzakirə etməyə hazırlaşırlar.
Həmsədrlərin regiona səfəri barədə iki gün əvvəl ABŞ-ın Dövlət Müstəqilliyi Günü münasibəti ilə Bakıda təşkil olunan tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta da açıqlama verib. (ans)