Bakıda 56 yaşlı qadın yol qəzasında ölüb.
Paytaxtın Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
Bakı şəhər sakini, İsmayıl İsmayılov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən piyada, 1959-cu il təvəllüdlü Səkinə Əliyevanı vurub. S. Əliyeva hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.