Vergilər Nazirliyi “Bakılift-təmir”də total yoxlamaları yekunlaşdırıb, həbslərə başladı
Vergilər Nazirliyinin Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti tərkibindəki “Bakılift-təmir” İstehsalat Birliyində yoxlamaları yekunlaşıb. Uzun müddətdir davam edən yoxlamalar nəticəsində, əvvəllər də məlumat verdiyimiz kimi, ciddi vergi pozuntularının və yeyintilərin olması üzə çıxıb.
Vergilər nazirliyindəki mənbəmiz bildirir ki, bu nəticələr əsasında həbslər həyata keçirilib. 3 böyük idarənin – “Bakılift-təmir”ə tabe olan “Baklift-1", ”Bakılift-2", “Bakılift-3” ixtisaslaşdırılmış istehsalat idarələrinin rəisləri qandallanaraq, həbs edilib.
(ans)