2010-cu ildə neft hasilatının pi dövrü oldu, bir il sonra neft-qaz gəlirləri ən yüksək səviyyəyə çatdı.
Turan Agentliyinin 5 illik üzrə analizinə əsasən, daha bir reytinq geridə qalıb. Bu, Dövlət Neft Fonunun aktivlərinin pik dövrüdür.
Bütün bunlar sezilimir – məmurlar və hökumət susur, cəmiyyət və KİV-də də belə mövzulara tələbat yoxdur.
2015-ci ilin əvvəlində Fondun aktivləri $37 mlrd 104,1 mln olub. Yanvar-martda bu göstərici $2 mlrd 173,6 mln azalıb və $34 mlrd 930,5 mln təşkil edib. Bunun iki səbəbi var: neftin 48% ucuzlaşması, avronun məzənnəsinin dollara nisbətdə düşməsi (Fondun aktivlərinin 35%-i avro ilədir).
Dövlət Neft Fonunun aktivlərinin dinamikası ( mlrd $)
Illər |
Ilin sonunda aktivlər |
2010 |
22,8 |
2011 |
29,8 |
2012 |
34,1 |
2013 |
35,9 |
2014 |
37,1 |
2015-I rüb |
34,9 |
Turan-ın analizi göstərir ki, ARDNF pik göstəricisini – $37,1 mlrd-ı heç vaxt keçə bilməyəcək. Fondun böyük xərcləri buna imkan verməyəcək. Ən çox xərc dövlət büdcəsinə gedir – ildə $10 mlrd-dan çox. Bu ildən Fond qaz layihələrini də maliyyələşdirir. Şahmar Mövsümov 2014-cü ilin martında jurnalistlərə demişdi ki, “ARDNF 5 ildə qaz layihələrinə $10 mlrd vəsait qoyacaq”. Ötən il Fond bu məqsədlə $51 mln ayırıb. Bu il proqnoz $1,28 mlrd-dır ( I rübdə vəsaitin 30%-i mənimsənilib). Yəni 2018-ci ilin sonuna kimi Fond ildə $2,5 mlrd xərcləyəcək.
Amma ARDNF-nin vəsaitindən yeni üzən qazma qurğusunun tikintisi üçün də istifadə edilir. Bu məqsədlə $500 mln xərclənib və yaxın 2 ildə 600 mln investisiya qoyulacaq. Fond SOCAR qaz-kimya kompleksinə də vəsait qoymalıdır. Onun tikintisi 2016-cı ildə başlayır və 2021-ci ildə başa çatacaq.
Ona görə neft $100 olsa belə, Fondun gəlirləri xərclərini ödəməyəcək. Hazırda ARDNf-nin gəlirlərinin 92%-i AÇG neftinin gəlirlərindən formalaşır. 2016-cı ildən neftin ixrac həcmi azalacaq, qiymətlər də öz yerində.
Neft Fondunun gəlirləri və xərcləri
|
Gəlirlər ( $ mlrd) |
Xərclər ( $ mlrd) |
2011 |
19,8 |
12,8 |
2012 |
17,4 |
13,1 |
2013 |
17,3 |
15,7 |
2014 |
16,3 |
12,9 |
2015 |
8,5*- Turan-ın proqnozu |
11,5* |