FİFA-nın 65-ci konqresi zamanı Fələstin bayrağı ilə iclas zalına daxil olan iki qadın Yoze Blatterin çıxışına etiraz edib.
Qadınlardan biri FİFA prezidentinə qırmızı kart göstərib. Bildirilir ki, qadınlar İsrailin beynəlxalq futbol federasiyaları assosiasiyasının üzvlüyündən çıxarılmasını istəyiblər.
Etiraz edən şəxsləri saxlayıb, zaldan çıxarıblar (avropa.info)