Rusiya dünya silah bazarında ABŞ-dan sonra ikinсi sıranı tutur. Bu barədə məlumat verən Rusiya prezidenti Vladimir Putin bunu Rusiyanın böyük uğuru adlandırıb. Putinin sözlərinə görə, silah bazarının 31 faizi ABŞ-ın, 27 faizi Rusiyanın əlindədir. Ötən il hərbi avadanlıq ixraсatının 15,5 milyard dollara çatdığını deyən Rusiya prezidenti 62 ölkəyə silah satdıqlarını, 91 ölkə ilə bu sahədə əməkdaşlıq etdiklərini vurğulayıb: «Silahlarımız bütün iqlim şərtlərinə davamlıdır. Asiyadan Afrikaya və Latın Amerikasına qədər bir çox bölgədə bizim silahlardan istifadə olunur. Çünki onlar bizim silahların etibarlı və güclü olduğunu bilirlər».
Putin müdafiə sənayesi sahəsində ölkəsini daha yaxşı yerlərdə görmək istədiyini, silah satışı coğrafiyasını genişləndirəcəklərini də bildirib: «İrəli getmək, daha böyük planları həyata keçirmək, yeni nəsil silahlar istehsal etmək, Rusiyanın dünya bazarındakı yerini daha da möhkəmləndirmək lazımdır”.
Gültəkin