Belə bir məbləğlə korrupsiyasız idarəçilik mümkündürmü?
2015-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 30,1 min nəfər olub. Onların 28,5 faizini qadınlar təşkil edib. Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilib ki, dövlət qulluqçularının 8,7 faizi 1 ilə qədər, 26,9 faizi 1 ildən 5 ilə, 22 faizi 5 ildən 10 ilə, 16 faizi 10 ildən 15 ilə qədər, 26,4 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.
Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsünə diqqət etsək, 30 yaşa qədər olanlar 16,7 faiz, 30-34 yaşda 14,5 faiz, 35-44 yaşda 22,3 faiz, 45-54 yaşda 25,8 faiz, 55-62 yaşda 16,9 faiz, 63 və yuxarı yaşda olanlar dövlət qulluqçularının ümumi sayının 3,8 faizini təşkil edib.
Dövlət qulluqçularının orta aylıq əmək haqqı 2014-cü ildə 617,6 manat təşkil edib.
Iqtisadiyyat sahəsi üzrə mütəxəssis Oqtay Haqverdiyevin qənaətincə, dövlət qulluğunda çalışanlar dövləti idarə etmək baxımından digər kadrlardan daha üstün hesab edilir. Ekspert ideal cəmiyətlərdə bu zümrənin məsuliyyətini daha ağır sayır:
“Onların maaşları daha yüksək olmalıdır. Bütün dünyada belədir. Amma real olan, ən yüksək maaş kimi göstərilən 617,6 manata korrupsiya daxil deyil.Ölkədə korrupsiya və rüşvət faktının olması dövlət səviyyəsində etiraf edilir. 617,6 manat orta maaşın göstəricisidir. Korrupsiya faktına görə bu məbləğ 600-dən daha çox təşkil etməlidir. Təbii ki, belə bir məbləğlə korrupsiyasız idarəçilik mümkün deyil”.
Nigar