Neft İxrac Edən Ölkələr Birliyi (OPEC), gələn ay keçirəcəyi iclasda, rəqiblərinin istehsalı artırmağa başlaması münasibətilə bazar payını qorumağa yönələn strategiyasını davam etdirə bilər.
Mütəxəssislər OPEC-in gündəlik 30 milyon barrel səviyyəsində olan istehsal hədəfini sabit saxlayacağını proqnozlaşdırırlar.
OPEC üzvləri, 5 İyunda Vyanada toplaşacaq.
12 üzvü olan OPEC-in ən böyük üzvü Səudiyyə Ərəbistanı, Noyabr ayında keçirilən son iclasda təşkilatın strategiyasını formalaşdırmışdı. Səudiyyə Ərəbistanı ABŞ-ın şist nefti hasilatı və digər yüksək xərcli istehsalçılardan gələn təklif təhdidi ilə istehsalın azaldılması yolu ilə mübarizə apara bilməyəcəyini bildirmişdi.
Neft qiymətləri, istehsalçıların xərc planlarını və ABŞ-da quyuların sayını azaltmaları ilə Yanvar ayının ortasından bu yana təxminən 20 dollar artıb.
Societe General SA-nın neft tədqiqatçılarından Mike Wittner, "Xərclər və qazma işlərindəki azalma, sonda qiymətlərə təsir etdi. Beləliklə, Səudiyyə Ərəbistanının strategiyasını dəyişdirməsi üçün heç bir səbəb yoxdur. Bu toplantıda bir dəyişiklik olmasını gözləyənlər təəssüf hissi yaşaya bilər" deyib.