Avropa İttifaqında “Şərq Tərəfdaşlığı” proqramının gələcək taleyi haqqında vahid fikir yoxdur, bu barədə Avropa Parlamentinin sədri Martin Şults cümə günü Riqada bildirib.
“Rusiyaya münasibətdə biz vahid mövqe tuturuq, amma bizim “Şərq Tərəfdaşlığı”na vahid yanaşmamız yoxdur”, deyə RİA-Novosti Şultsdan sitat gətirir.
Siyasətçi qeyd edib ki, Azərbaycan və Belarusun “Şərq Tərəfdaşlığı”nda iştirakı proqramı məhdudlaşdırır, belə ki, bu ölkələrin daxili quruluşu Avropa dəyərlərinə ziddir.
Bu mənada hazırki sammit aralıq addım ola bilər. “Şərq Tərəfdalığı” daxili quruluşları Aİ və bizim təməl dəyərlərimizlə bir araya sığmayan Azərbaycan və Belarus kimi ölkələrlə bağlı sammiti çətinləşdirir”, deyə Şults əlavə edib.
“Şərq Tərəfdaşlığı” proqramı Avropa İttifaqının Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə siyasi assosiasiyasını və iqtisadi inteqrasiyasını nəzərdə tutur. Son üç ölkə ötən il Aİ ilə assosiasiya tərəfdaşlığı haqqında sazişləri imzalayıblar. (contact.az)