Hüquq müdafiəçisi Rəsul Cəfərov barəsində hökmdən apellyasiya şikayəti verilib.
Vəkil Əlibaba Rzayevin Turana verdiyi məlumata görə, onlar Rəsul Cəfərova bəraət verilməsini tələb edirlər.
O bir daha bildirib ki, istintaq Rəsul Cəfərova qarşı irəli sürülən ittihamları əsaslandıran dəlillər göstərə bilməyib və biz onların bütün dəlillərini təkzib edən sənədlər təqdim etmişik.
Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs olunub. Bu il aprelin 16-da qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə və mənimsəmə ittihamları ilə 6 il yarım azadlıqdan məhrum edilib.
ABŞ və Avropa Birliyi ölkələri, habelə bir sıra beynəlxalq hüquq müdafiə təşkilatları bu hökmü pisləyib.
Amnesty İnternational təşkilatı onu vicdan məhbusu elan edib.