Binəqədi rayonunda yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin saytının məlumatına görə, vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan çay evinin mətbəxində bir ədəd soyuducu yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavanı 5 kv.m sahədə qarsıyıb. Çay evi yanğından muhafizə olunub. Yanğın saat 01:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.