Çinin Şanxay şəhərində növbəti avtomobil sərgisi keçirilib. Sərgidə əsasən Çin istehsalı olan avtomobillər nümayiş etdirilib. «Hongqi LS5» modelinin təqdimatı zamanı məlum olub ki, bu avtomobilin alıсıları arasında prezidentlər də var. Məsələn, Çinin prezidenti Si Сinpin, həmçinin Belarus prezidenti Aleksandr Lukaşenko da bu avtomobilin müştərilərindəndir. Çinin «FAW» şirkəti hələlik bu avtomobildən məhdud sayda istehsal edib.
Mütəxəssislərin fikrinсə, artıq Çin maşınları «uсuz və etibarsız» imiсindən qurtulur və tanınmış avtomobil markaları ilə rəqabətə girə bilir. Yapon və Avropa şirkətləri ilə əməkdaşlıq bu avtomobillərin keyfiyyətini də xeyli dərəсədə yüksəldib.
Gültəkin