Əfqanıstanın Helmand əyalətinin təhlükəsizlik müdiri Nabican Macahel, əllərində Taliban və IŞİD-in qarşılıqlı cihad elan etdiyinə dair sənədlər olduğunu açıqlayıb. Sənədlərdə Talibanın IŞİD-i müsəlman kimi tanımadığı və bu səbəbdən onlara qarşı cihadın zəruri olduğu vurğulanır. Mulahel eyni zamanda, onlarda olan sənədlərdə IŞİD-in də Talibanla bağlı eyni qərarı qəbul etidiyinin əks oldunduğunu bildirib. Sənədə görə, İŞİD Talibanı İslamdan çıxmış qrup kimi tanıyır. Xatırladaq ki, Əfqanıstanda IŞİD-in mövcudluğu, təxminən 6 ay əvvəl, Helmand şəhərində Talibanla qarşıdurmadan sonra məlum olub.
azadliq.info