Azad Suriya Ordusu, Əsəd qüvvələrinin Hələb şəhərində hərbi mərkəz kimi istifadə etdiyi bir kilsəni ələ keçirib. Müxaliflərin komandiri Əbu Nəsr, kilsəni ələ keçirmək üçün bir neçə ay əvvəldən plan qurduqlarını bildirib. Əbu Nəsr, hücum zamanı baş verən qarşıdurmada çox sayda əsgərin öldürüldüyünü, sağ qalanların isə qaçdığını vurğulayıb. Kilsənin yerləşdiyi ərazi strateji baxımdan çox əhəmiyyətli olduğu, Əsəd qüvvələrinin bu ərazi vasitəsilə tabeçiliyində olan qüvvələrə hərbi dəstək və kömək çatdırdığı bildirilir.
azadliq.info