Rusiyanın aparıcı müxalifət liderləri hesab edir ki, Çeçenistan prezidenti Ramzan Kadırovun Boris Nemtsovun qətlində əli var. Müxalifət liderlərindən İlya Yaşin bildirib ki, dünən demokratik qüvvələr bir araya gələrək bu məsələni müzakirə ediblər: «Görüşdə Mixail Kasyanov, Aleksey Navalnıy, Gennadi Qudkov, Dmitri Qudkov, Vladimir Rıjkov və Andrey Neçaev iştirak edirdi. Nemtsovun qətli ilə bağlı istintaqın gedişini müzakirə etdik. Bizdə heç bir şübhə yoxdur ki, Kadırovun bu cinayətdə əli var. Əslində istintaq onunla bağlı bütün lazımi hərəkətləri aparmalı idi. Qərara gəldik ki, birlikdə buna nail olaq. Və istintaqın gedişini diqqətlə izləyək. Əlimizdən gələn hər şeyi edəcəyik ki, tək icraçılar yox, sifarişçilər də cəzalarını alsınlar».
Gültəkin