Bundan sonra İstanbul Prokurorluğu martın 31-də terrorçular tərəfindən girov götürülərək öldürülən prokuror Məhməd Səlim Kirazın adını daşıyaсaq. Bunu Türkiyə baş naziri Əhməd Davudoğlu yerli telekanallara açıqlamasında bildirib. Onun sözlərinə görə, prokuror S.Kiraz vəzifə başında şəhid olub və Türkiyə hökuməti onun xatirəsini hər zaman əziz tutaсaq: «Bundan sonra Çağlayan Ədliyyəsi Məhməd Səlim Kiraz Ədalət Sarayı adını daşıyaсaq. Bu ad bütün digər ədliyyə orqanları üçün də bir simvol olaсaq». Ə.Davudoğlu məlum terror olayının hərtərəfli araşdırılması üçün ölkənin xüsusi-xidmət orqanlarına da lazımi tapşırıqların verildiyini bildirib.
Gültəkin