Nigeriyada keçirilən prezident seçkilərində müxalifətdən olan namizəd Məhəmməd Buxari qələbə qazanıb. Onun rəqibi, hazırkı prezident Qudlak Conatan artıq məğlub olduğunu etiraf edib və Buxarini qələbə münasibətilə təbrik edib.
Buxari rəqibindən azı 3 milyon artıq səs toplayıb. Müşahidəçilərin seçkini yüksək qiymətləndirib, lakin müəyyən pozuntuların olduqlarını da vurğulayıblar. Bunun ettirazlara səbəb olacağı da ehtimal edilir.
Nigeriyada ilk dəfədir ki, müxalifət namizədi seçkilərdə qələbə qazanıb.
azadlıq.info