Türkiyədə prokuror öz otağında girov götürülüb. “Miliyyet.com.tr”-nin məlumatına görə, 2013-cü ildə "Gəzi parkı" olaylarında polis tərəfindən öldürülən Bərkin Elvanın cinayət işini aparan prokuror Məhmət Səlim Çağlayan öz otağında girov götürülməsi ilə bağlı xəbər yayılıb. Xəbərdə otaqdan silah səsinin eşidildiyi deyilib.
Hadisə yerinə polis əməkdaşları çağırılıb. Prokuroru PKK üzvlərinin girov götürdüyü ehtimal olunur.