Moldovanın keçmiş prezidenti Pyotr Luçinskinin oğlu Serciu Luçinski Rumıniyada həbs olunub. Buxarestdə həbs olunan prezident oğlu Rumıniyanın Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən hədə-qorxu yolu ilə pul tələb etmə və şantajda şübhəli bilinir.
Rumıniya hüquq-mühafizə orqanlarının yaydığı rəsmi məlumatda Serciu Luçinskinin evində də axtarış aparıldığı bildirilir. Onun rumıniyalı iş adamından hədə-qorxu yolu ilə 4 milyon avro tələb etdiyi məlum olub.
Pyotr Luçinski 1997-2001-ci illərdə Moldova prezidenti olub. (Modern.az)