Azərbaycan Dövlət Gömrük Komitəsi son zamanlar ölkəyə avtomobil idxalının azalmasının səbəbinə aydınlıq gətirib. Komitənin sədri Aydın Əliyev deyib ki, son vaxtlar ölkəyə avtomobillərin idxalının azalması “Euro-4” standartlara keçirilməsi ilə əlaqədardır.
Onun sözlərinə görə, ekoloji və digər məsələlər bu barədə qərarın qəbul edilməsini tələb edib: “Bununla bağlı istifadə olunmuş maşınların gətirilməsi külli miqdarda azaldılıb”.
Qeyd edək ki, 2015-ci ilin Yanvar-Fevral ayları ərzində Azərbaycana 7511 ədəd avtomobil idxal olunmuşdur. Bu da, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 5651 ədəd və ya 43% azdır. (apa)