İranın nüvə proqramı ilə bağlı Lozannada keçirilən danışıqlarda müəyyən irəliləyişə nail olunub. Tərəflər Qərb sanksiyalarının zəifləməsinin əvəzində İranın nüvə qüvvəsinin azaldılması planı ilə bağlı razılıq əldə edib.
Danışıqlarda İranın və «beynəlxalq altılığın» – Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa və Almaniyanın nümayəndə heyətləri iştirak edir.
Danışıqlarda iştirak edən ABŞ-ın dövlət katibi Con Kerri martın 31-ə qədər razılığın əldə ediləcəyinə ümid edərək Vaşinqtona qayıtmayıb.
azadlıq.info