Ərəb ölkələrinin ortaq hərbi birlik yaratması haqda başlatdığı müzakirələr razılaşma ilə sona çatıb. Bu haqda, Misir prezidenti Əbdülfəttah əl Sisi məlumat verib. Misirin Şarm əl-Şeyx şəhərində təşkil edilən 26-cı Ərəb Birliyi Zirvəsində yekun çıxışı edən Sisi bildirib: "Ərəb milli təhlükəsizliyinin qarşılaşdığı çətinliklərlə mübarizə məqsədiylə "Ortaq Ərəb Gücü" yaradılması haqda başladılan müzakirələr uğurla başa çatdı". "Associated Press"in xəbərinə görə, Misirli səlahiyyətlilər, yaranacaq yeni birliyin döyüş gəmilərindən, təyyarələrdən və təxminən 40 min əsgərdən ibarət olacağı gözlənilir.
azadliq.info