40 yaşlı Leonardo Di Kaprio artıq Hollivudun ən bahalı aktyoru sayılır. «Uoll-Strit canavarı» filminə görə, aktyora 25 milyon dollar qonorar ödənilib. Robert Dauni, Sandra Ballok, Ancelina Coli, Denzel Vaşinqton, Mett Deymon kimi tanınmış aktyorların bu vaxta qədər bir filmə görə ən çox aldıqları məbləğ 20 milyonu keçməyib. Bir rolun müqabilində 10-15 milyon dollar alan aktyorlar isə bunlardır – Mark Uolberq və Cennifer Lourens.
Gültəkin