İki gün öncə Amerika televiziyasına müsahibə verən Suriya prezidneti Bəşər Əsəd, ABŞ-la dialoqa hazır olduğunu bildirmişdi. Artıq Əsədin bu açıqlamasına ABŞ reaksiya verib. ABŞ Dövlət Departamentinin sözçüsü Jeff Rathke, Əsədin bu şansı itirdiyini bildirib və qatillə bir masaya oturmayacaqlarını bəyan edib: "Artıq Əsəd Suriyada hakimiyyətini itirib. Daha əvvəl də bunu bildirmişik. Əlləri qana batmış Əsəd və ona yaxın adamları, siyasi həllin parçası ola bilməz".
azadliq.info