İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Mənsur Həqiqətpur, prezident Türkiyə prezidenti Ərdoğanın qarşıdakı günlərdə İrana gözlənilən səfərinin ləğv edilməsini tələb edib. Prezident Ərdoğandan sözlərini geri götürməsini və davranışlarını nəzərdən keçirməsini istəyən İranlı millət vəkili, Türkiyənin özünün İŞİD-ə dətək verdiyini bildirib: "İranın Yəmənin daxili işlərinə müdaxilə etdiyinə dair Ərdoğanın istifadə etdiyi ifadələr, boş və ikiüzlü riyakar ifadələrdir. Çünki Türkiyənin özü İŞİD kimi terror təşkilatlarını dəstəkləməkdə günahlandırılır".
azadliq.info