“Avro-2016”nın seçmə mərhələsinin H qrupunda V turun oyunları keçirilin. Azərbaycan milli komandası da növbəti matçına çıxıb. Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız doğma meydanda Malta ilə qarşılaşıb. Oyun millimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da milli komandamız "Avro-2016"nın seçmə mərhələsində ilk qələbəsini qazanıb.
Bu matç R.Prosineçki üçün millimizdə ilk rəsmi oyun olub.