Fransada 150 sərnişinin ölümünə səbəb olan təyyarə qəzası haqda hər ötən gün yeni-yeni məlumatlar əldə olunur. Dünən yayılan məlumatlarda pilotun təyyarəni qəsdən düşrdüyü haqda rəsmi məlumat yayılmışdısa, bu dəfə pilotun psixoloji durumu ilə bağlı məlumatlar yayılıb. “Bild” qəzetinin əldə etdiyi məlumata görə, 27 yaşlı pilot Andreas Lubitz, 6 il əvvəl psixoloji narahatlıqlar səbəbiylə pilot təhsilinə ara verib. Qəzet bu narahatlıqların təxminən il yarım davam etidyini də yazıb. Lakin Düsseldorf prokrorluğu hələlik pilotun psixoloji problemlər yaşadığı və depressiya keçirdiyi haqda xəbərlərlə bağlı heç bir şərh verməyib.
azadliq.info