Azərbaycanda məhkum ölüb. Məhkum xəstəlikdən dünyasını dəyişib. Hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində qeydə alınıb. Müəssisədə müalicə alan 1966-cı il təvəllüdlü Alik Bermetovun halı qəflətən pisləşib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Ölümün səbəbləri aparılacaq tibbi ekspertizadan sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır. (ans)