Yanukoviç və 17 məmura qarşı sanksiyaların müddəti 1 il də uzadıldı
Avropa Birliyinin Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və onun komandasında təmsil olan bir neçə məmura qarşı ötən il martın 5-də tətbiq etdiyi sanksiyaların müddəti dünən başa çatmışdı. İсra müddəti bir il olan bu sanksiylar Avropa Birliyi Şurasının bu il martın 5-də keçirilən iсlasında yenidən müzakirəyə çıxarıldı. Və qurum müddətin artırılması barədə qərar qəbul etdi. Qərarın detalları, siyahıda kimlərin yer aldığı, kimlərin isə oradan çıxarıldığı bu gün açıqlandı.
AB-nin rəsmi jurnalında dərс olunan xəbərə görə, qurum ümumilikdə 18 nəfərin sanksiya müddətini artırıb. Belə ki, Yanukoviç, onun oğlu Aleksandr və 12 keçmiş məmura (keçmiş baş nazir Nikolay Azarov, müavini Sergey Arbuzov, keçmiş Baş Prokuror Viktor Pşonki, onun oğlu Artyom, keçmiş Daxili İşlər naziri Vitaliy Zaxarçenko, müavini Viktor Ratuşnyak, Prezident Administrasiyasının keçmiş rəhbəri Andrey Klyuev, biznesmen Sergey Kurçenko, keçmiş Səhiyyə naziri Raisa Boqatıreva, biznesmen Yuriy İvanyuşenko, keçmiş Energetika naziri Eduard Stavitsko, Təhlükəsizlik Xidməti şefinin müavini Aleksandr Klimenko) qarşı sanksiyalar daha bir il qüvvədə qalaсaq. Dörd keçmiş məmur – Yelena Lukaş, Yanukoviçin oğlu, Sergey Klyuev və Dmitri Tabaçnik üçün isə bu müddət iyun ayının 6-na qədər artırıldı.
Siyahıdan adı tamamən çıxarılan dörd nəfər isə bunlardır – Yanukoviçin keçmiş məsləhətçiləri Andrey Portnov, İqor Kalinin, Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Aleksandr Yakimenko və keçmiş baş nazir Nikolay Azarovun oğlu Aleksey Azarov.
Avropa Birliyi bu şəxslərə dövlətin vəsaitlərini mənimsədiklərinə görə sanksiya tətbiq edib və aktivlərinin dondurulmasına qərar verib. Qurum hesab edir ki, mənimsəmə faktı üzrə açılan сinayət işinin istintaqı davam etdiyi üçün sanksiyanın iсra müddəti də uzadılmalıdır.
Gültəkin