«Təkidlə onunla gecə klubuna getməyimi istəyirdi»
Kiyevin keçmiş meri Leonid Çernovetskiy Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçlə tanışlığının maraqlı tarixçəsindən danışıb. Və əslində bu açıqlaması isə Yanukoviçi ifşa edib. Çernovetskiy bildirib ki, Yanukoviçlə 1995-ci ildə – o, hələ prezident postuna gəlməmişdən əvvəl tanış olub. Bu tanışlığın səbəbkarı isə Ukraynanın o zamankı prezidenti Leonid Kuçma olub. Belə ki, Kuçma bir neçə siyasətçi və iş adamını Vaşinqtona – prezident Bill Klintonla görüşə aparıb: «Axşam siyasilər Vaşinqtonun küçələrini gəzərkən məlum qadınların toplaşdığı məkana rast gəldilər. Bilmirəm, o məkanlar necə adlanırdı – striptiz klubları, yoxsa daha fərqli. Bu vaxt Yanukoviç mənim qolumdan yapışaraq ora girməyimi istədi. Əvvəla mən onu tanımırdım, ikincisi, mən elə bir məkana girmək istəmirdim. Mən getməkdən imtina etdim. Yanukoviçin gedib-getmədiyini isə dəqiq deyə bilmərəm. Yalan danışmaq istəmirəm. Bir onu bilirəm ki, məni təkidlə və həvəslə içəri çəkməyə çalışırdı».
Gültəkin