Daxili İşlər Nazirliyinin əməkdaşı dünən axşam saatlarında qəza törədib. "Qafqazinfo"nun yaydığı məlumata görə, hadisə martın 4-ü saat 22:30 radələrində Bülbülə qəsəbəsində baş verib.
Daxili İşlər Nazirliyinin Polis Akademiyasının kurs rəisinin müavini polis kapitanı 1972-ci il təvəllüdlü Əliyar Ramazanov idarə etdiyi Mercedes markalı 90 UE 940 nömrəli avtomobillə Bakı şəhər sakini 2000-ci il təvəllüdlü Qabil Məmmədovu vurub.
15 yaşlı Q.Məmmədov aldığı xəsarətdən hadisə yerində ölüb.