Qətlə yetirilən şəxs həbsxanadan yeni çıxıbmış
Rusiyanın Rostov vilayətində 46 yaşlı azərbaycanlı vəhşicəsinə öldürülüb. APA-nın məlumatına görə, Rostov vilayətinin QRES qəsəbəsində çamadanın içində kəsilmişinsan əlləri və ayaqları tapılıb. Rusiya hüquq-mühafizə orqanları çamadanın içində olan kişi cəsədinin qalıqlarının 46 yaşlı azərbaycanlıya məxsus olduğunu açıqlayıblar. Həmin azərbaycanlının həbsxanadan yenicə çıxdığı bildirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.