Türkiyənin Parisdəki səfiri Hakkı Aqil, boya hücumuna məruz qalıb. Parisin Dekart Hüquq Fakültəsində təşkil edilən "Türkiyə və Fransada dünyəvilik " konfransına çıxışçı kimi qatılan türk səfir, şəxsiyyəti məlum olmayan bir adamın boyalı hücumuna məruz qalıb.Səfir çıxış edən zaman kürsüyə yaxınlaşan adam əlindəki rəngli mayeni onun üzərinə atıb. Dinləyicilərin və mühafizəçilərin müdaxiləsindən sonra şagird olmadığı aydınlaşan adam otaqdan uzaqlaşdırılıb. Haqqı Aqil, hücumun ardından çıxışını tamamlayaraq binadan ayrılıb.
azadliq.info