Rabitəbank ASC ABŞ dollarında krediti olan muştərilərinə güzəşt edəcək. Bankdan “Marja”ya daxil olmuş məlumata görə, ABŞ dolların məzənnəsinin artması ilə əlaqədar Rabitəbank ASC, ABŞ dollarında krediti olan və ödənişlərdə çətinlik çəkən müştərilərə kreditin vaxtının uzadılması imkanı yaradacaq. “ABŞ dolları ilə kreditləri olan müştərilərin ödənişlərində çətinliklərin qarşısının alınması üçün yeni ödəniş müddəti, ödəniş məbləğinin manat ekvivalenti ilə, əvvəlki məbləğdə saxlanılmasına imkan yaradacaq. Bunun üçün müştərilər kredit aldığları filiallara müraciət etməlidir”.
DEPOZİTLƏRİN FAİZ DƏRƏCƏLƏRİNİ DƏ ARTIRIB
Rabitəbank ASC 02.03.2015 –ci il tarixindən əmanətlərinin faiz dərəcələrini 13% – dək artırıb. 2 illik depozitlər üzrə faiz dərəcəsi manatla olan depozitlərdə 13%, ABŞ dollarında olan depozitlərdə 12% -dək artırılmışdır. 1 illik depozitlər üzrə faiz dərəcəsi manat depozitlərində 12,5%, ABŞ dollarında olan depozitlərdə 11,5% təşkil etmişdir. Müştərilər Rabitəbankda depozitləri 3, 6, 12 və 24 ay müddətinə, faizləri əvvəlcədən, aylıq, rüblük, 6 aydan bir, ildə bir dəfə və müddətin sonunda almaqla yerləşdirə bilərlər. Depozit yerləşdirən hər bir müştəri faizlarin əldə olunması üçün pulsuz plastik kartı ala bilər. Müştəriyə vəsait lazım olduqda depozit müştərilər aşağı faizlə kredit xəttlərindən istifadə edə bilərlər.
AKTİVLƏRİ İKİ AYDA 6,7% ARTIB
28.02.2015-ci il tarixinə bankın ümumi aktivləri ilin əvvəli ilə müqayisədə 6.7% artaraq 325 milyon AZN, müştərilərə verilən kreditlər 3% artaraq 229 milyon AZN, depozitlər 6.4% artaraq 225 milyon AZN və kapital 1.1% artaraq 59 milyon AZN təşkil etmişdir. Hazırda “Rabitabank” ASC-nin 22 filialı və 2 şöbəsi fəaliyyət göstərir. Onlardan 7 – si Bakı şəhərində,17-si isə Xırdalan, Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Masallı, Gəncə, Şəmkir, Şirvan, Şəki, Şamaxı, Kürdəmir, Naxçıvan, Ağsu və Ağcabədi şəhərlərində fəaliyyət göstərir.