Martın 2-i saat 1:30 radələrində Bakının mərkəzində dəhşətli yol nəqliyyat hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin qarşısında sürətlə hərəkət edən bir avtomobil piyadanı vurub və hadisə yerindən qaçıb. Piyada aldığı zərbədən yerindəcə keçinib. Hadisənin şahidi olanlar dünyasını dəyişən naməlum piyadanın fotosunu çəkə bilsələr də, onu vuran avtomobili qeydə ala bilməyiblər.